Azərbaycan Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpasında ədalətsizlik, beynəlxalq hüquq normalarına zidd yanaşmalarla üzləşdiyini bəyan edib.
"Unikal" xəbər verir ki, Serbiyanın xarici işlər naziri Marko Curiçi qəbul edərkən deyib:
“Azərbaycan öz suverenliyinin və ərazi bütövlüyünün təmin olunması prosesində ikili standartlar, ədalətsizlik, beynəlxalq hüququn norma və prinsiplərinə zidd yanaşmalarla üzləşib. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan öz iradəsi ilə ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin edib”.