Ermənistan Azərbaycana sülh müqaviləsi üzrə 10-cu təkliflər paketini verib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib ki, Ermənistan Azərbaycan tərəfinə Ermənistan və Azərbaycan arasında sülh sazişinin 10-cu paketini verib. Bundan əlavə, Ermənistan XİN rəhbərinin müavini İrəvanın Cənubi Qafqazda və regionda sülhün bərqərar olmasına hazır olduğunu təsdiqləyib.