Ukrayna prezidenti Volodimir Zelenski bir sıra sanksiya qərarlarını imzalayıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, sanksiyaya məruz qalanlar siyahısında Rusiyanın aviasiya infrastrukturunun fəaliyyətini təmin edən 150-yə yaxın hüquqi və fiziki şəxs var.

Zelenski qeyd edib ki, Ukraynanın bütün nümayəndələrinin vəzifəsi Ukrayna sanksiyalarının qlobal sanksiyalarla sinxronlaşdırılmasını təmin etmək üçün əlindən gələni etməkdir.