Xəbər verdiyimiz kimi, İsrail ordusunun əsgərləri Qəzza zolağındakı yeraltı tuneldə təxminən bir il əvvəl oğurlanmış altı girovun cəsədini tapıblar.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, ölənlərin arasında rusiyalı Aleksandr Lobanov da var.
Qurbanların hamısı son 48 saat ərzində öldürülüb və onların bədənlərində zorakılıq və güllə yaraları izləri olub. İsrail hadisədə HƏMAS-ı günahlandırsa da, hərəkat ittihamları rədd edir.
Bunun fonunda rusiyalı diplomatlar Qəzza zolağında saxlanılan daha bir rusiyalının vətəninə qaytarılması üçün mübarizə aparır.
Baş nazir Benyamin Netanyahu Qəzza zolağında həlak olan Aleksandr Lobanovun valideynlərinə zəng edərək başsağlığı verib və İsrailin oğlunu ölümdən xilas etmədiyinə görə üzr istəyib.
Ağarza Elçinoğlu