Almaniyada 80 yaşlı kişinin parkda öldürülməsindən sonra qətldə şübhəli bilinən üçü 12 yaşlı beş uşaq həbs edilib.

"Unikal" Almaniya mediasına istinadən xəbər verir ki, hadisə Braunston şəhərindəki Franklin Parkında baş verib. 

Polis 80 yaşlı Bhim Sen Kohliyə çoxsaylı xəsarətlər yetirərək onu qətlə yetirən beş nəfəri - 14 yaşlı oğlan və bir qız, 12 yaşlı bir oğlan və iki qızı saxlayıb.

Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır.