Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycanın paraatleti Lamiyə Vəliyevanı Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib.

"Unikal" xəbər verir ki, paylaşımda deyilir: 

"Ura! Növbəti qələbəmiz!

Dördqat dünya çempionu Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!".