Keçən ay Şimali Koreyada sel və torpaq sürüşməsi nəticəsində 4000 nəfər  ölüb. Ölümlərin qarşısını ala bilməyən 30 məmur isə edam edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In "qəbuledilməz insan itkisinə səbəb olanların sərt şəkildə cəzalandırılacağını" deyib.

Bildirilib ki, 20-30 Şimali Koreya rəsmisi Çaqanq əyalətindəki sel və torpaq sürüşmələrində təxminən 4000 nəfərin həyatını itirməsinin qarşısını ala bilmədikləri səbəbiylə edam edilib. Edam edilənlər arasında Əyalət Partiyasının katibi Kang Bong-hoon da olub. 

"Keçən ayın sonlarında daşqın zonasında 20-30 kadrın eyni vaxtda edam edildiyi məlum olub. İşdən çıxarılan Çaqanq Əyalət Partiyası katibi Kang Bong-hoonun da edam edilənlər arasındadır."

Kang Bong-hoon eyni zamanda Sursat Sənayesi Departamentinin keçmiş rəis müavinidir və Kim Çen Inı sahə səfərlərində müşayiət edib.

Ölkənin şimal-qərb əyaləti bu yaxınlarda minlərlə sakini evsiz qoyan dağıdıcı daşqınlara məruz qalıb, çoxlu sayda ölü və yaralı var. Cənubi Koreya mediası daşqın nəticəsində ölənlərin sayının 1000-i keçə biləcəyini iddia edir.

Şimali Koreyanın dövlət mediası ötən ay bildirib ki, son günlər yağan güclü yağışlar şimal-qərbdəki Sinuiju şəhəri və qonşu Uiju şəhərində 4100 evi, 7410 hektar əkin sahəsini və çoxsaylı ictimai binaları, tikililəri, avtomobil yollarını və dəmir yollarını su basıb.

Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, o zaman Kim Çen In hakimiyyət orqanlarından "fəlakətin qarşısının alınmasında öz məsuliyyətlərinə laqeyd yanaşan" və "yolverilməz insan tələfatına" səbəb olan insanları "sərt şəkildə cəzalandırmağı" əmr edib. 

Gülayə Mecid