"Barselona"nın zədəli yarımmüdafiəçisi Fermin Lopesin durumuna aydınlıq gəlib.
"Unikal" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu budunun əzələ zədələnməsi səbəbindən təxminən 3 həftə meydana çıxa bilməyəcək.
Onun La Liqada “Jirona” və "Vilyarreal", Çempionlar Liqasında isə “Monako” ilə oyunları buraxacağı gözlənilir.
Qeyd edək ki, F.Lopes Paris-2024-də çempion olan İspaniyanın olimpiya millisinin heyətində meydana çıxdığı 6 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.