Paralimpiya çempionumuz Lamiyə Vəliyeva türkiyəli atıcı Yusuf Dikeçin məşhur hərəkətini təkrarlayıb.
"Unikal" xəbər verir ki, o, çempion olduqdan sonra Yusuf Dikeçin "əli cibində atəş açma" hərəkətini edib.
Yusuf Dikeç idmançımızı təbrik edib, həm də bu hərəkətinə görə ona təşəkkürünü bildirib.
Qeyd edək ki, Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan paratleti Lamiyə Vəliyeva qızıl medal qazanıb.
Zərifə Nağıyeva