ABŞ-nin Corciya ştatında məktəbdə atışma nəticəsində azı 4 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bununla yanaşı, 30-a yaxın adam yaralanıb.
Telekanalın məlumatına görə, Barrou dairəsində bütün məktəblər müvəqqəti bağlanıb, təhlükəsizlik məqsədilə oraya polis əməkdaşları göndərilb.
*** 20:56
ABŞ-nin Corciya ştatında yerləşən Barrou qraflığındaki Apalaçi liseyində atışma baş verib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, təhsil müəssisəsi hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb. Buna silahlı şəxslərin binaya girməsi səbəb olub.
Azı 4 nəfərin öldüyü bildirilir.
Silahlı insidenti törədənlərin kimliyi bilinmir.