“Sumqayıt” daha bir futbolçu ilə müqavilə imzalayıb .

Klubdan "Unikal"a verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi monteneqrolu Miloş Miloviç ilə "1+1" illik müqavilə imzalayıb.

29 yaşlı müdafiəçi 95 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli və Alan Diasın keçidini reallaşdırıb.