Filippinin Luzon sakinləri göydə parlaq mavi quyruğu olan asteroidin Yerə düşməsinin şahidi olublar.

"Unikal" xəbər verir ki, hadisənin unikallığı ondan ibarət idi ki, o, Yer atmosferinə girməzdən cəmi bir neçə saat əvvəl astronomlar tərəfindən fərq edilə bilən bir neçə kosmik obyektdən biridir.

Diametri bir metrdən üç metrə qədər olan bu asteroid ciddi təhlükə yaratmayıb. Belə ki, kütləsinin böyük hissəsi atmosferin sıx təbəqələrində 100-50 kilometr hündürlükdə yanıb.