İsrail ordusu İordan çayının qərb sahilinə hücum edib. 

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində ən azı 6 mülki şəxsin həlak olduğunu bildirilib. 

Bunlardan 5 nəfər İsrail ordusunun Tubas şəhərində qəzaya uğraması nəticəsində, 1 nəfər isə Tubas yaxınlığındakı əl-Fara qaçqın düşərgəsində İsrail əsgərləri tərəfindən güllələnərək öldürülüb.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri (IDF) daha əvvəl Tubas bölgəsində "əsgərlər üçün təhlükə yaradan silahlı terrorçulara" qarşı üç hədəfli hava hücumu təşkil edildiyini bildirmişdi.

Fidan Nuriyeva