Bu gündən ali təhsil pilləsinin rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin qeydiyyatı başlayır.

"Unikal" xəbər verir ki, namizədlər https://portal.edu.az/ saytında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat sentyabrın 10-u saat 18:00-da başa çatacaq. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.