Pakistanın dövlət orqanları 16 ildən sonra İslamabadda poliomielit hadisəsi haqqında xəbər veriblər.
"Unikal" xəbər verir ki, bu yeni hal ilə cari ildə Pakistanda aşkar edilmiş ümumi poliomielit hadisələrinin sayı 17-dək artıb.
Pakistanın Milli Səhiyyə Təşkilatı bu ilin iyun ayında İslamabad və Ravalpindidə götürülən ətraf mühit nümunələrinin poliomielit virusunu göstərdiyini elan edib.