Tovuz rayon Aşağı Quşçu kənd sakini, 1951-ci il təvəllüdlü R. Tağıyev infarktdan ölüb.

"Unikal"ın məlumatına görə, mərhumun yaxınları bildirib ki, R. Tağıyev qonşusu ilə su arxına görə mübahisə edərək evə gəlib.

Daha sonra o, infarkt keçirərək dünyasını dəyişib.

Murad İbrahimli