Genişmiqyaslı işğal dövründə Rusiya hərbçiləri 137 min hərbi cinayət törədiblər və onlara verilən cəzalar bundan az olmamalıdır.

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski yüksək səviyyəli “Ədalət naminə birləşək” beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, Rusiya mülki obyektlərə edilən hücumlara görə məsuliyyət daşıyır:

"Ədalət insanları birləşdirir, çünki ədalət istəyi bizim bəşəri mədəniyyətimizin əsasını təşkil edir. Hazırda bizi sizinlə və insanların həyatını və ölkəmizi Rusiya Federasiyasından qorumaq üçün bizimlə birgə çalışan hər kəsi birləşdirən ədalət arzusudur. Bu günə olan məlumata görə, bu işi davam etdirməyimiz və bunu başa düşməyimiz üçün ən azı 137.000 səbəb var. 137 min - bu, hazırda Rusiyanın törətdiyi hərbi cinayətlərin sayıdır. Məlum olan budur. Sülh və insanlığa qarşı, dövlətimizə, xalqımıza, Ukraynaya və ukraynalılara qarşı cinayətlər budur". 

Gülayə Mecid