Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik maşını toqquşub.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib.

Tural Əhmədov