İrkutsk vilayətində keçmiş səhiyyə nazirinə qarşı cinayət işi açılıb.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və qanunsuz gəlirlərə görə ittiham edilib.
Rayon prokurorluğundan verilən məlumatda bildirilib ki, keçmiş nazir 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, apellyasiya şikayətində o, barəsində həbs qətimkan tədbirinin yüngülləşdirilməsini və təcridxanadan ev dustaqlığına keçirilməsini istəsə də, təmin edilməyib.
Fidan Nuriyeva