ABŞ-nin Tennessi ştatınında intihar etmək istəyən qadını məşhur ulduz xilas edib.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  qadın Kumberlend çayı üzərindəki körpüdən atlamağa çalışıb, lakin onu son anda Jon Bon Covi  xilas edib. 

Belə ki,  "Bon Jovi" rok qrupunun yaradıcısı Jon klip çəkilişləri sırasında xanımın intihar etdiyini görüb və ona yaxınlaşıb. Söhbətlər zamanı məşhur qadını ölümdən xilas edə bilib. 

Covinin bu hərəkəti sosial mediada gündəm olub. 

Məşhur "Bon Jovi" rok qrupunun yaradıcısı Jovi 2006-cı ildə ABŞ-da evsizlik, yoxsulluq və aclıq yaşayan ailələrə yemək, əlverişli mənzil, sosial xidmətlər və iş təhsili verən proqramlar vasitəsilə həll yolları təqdim etmək və onlara kömək etmək üçün "JBJ Soul Foundation"u qurub. 

Gülayə Mecid