AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Milli assosiyasiyanın mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində keçiriləcək “Jalgiris” (Litva) – TNS (Uels) oyununun UEFA nümayəndəsi olacaq.

Vilnüs şəhərində yerləşən LFF stadionunda təşkil olunacaq görüş sentyabrın 18-də baş tutacaq.

Matçı qazaxıstanlı baş hakim Rustam Omarov idarə edəcək.