İsrail qüvvələri Qəzza zolağının cənubundakı Rəfahda Fələstinin "Həmas" briqadasının ləğvini başa çatdırıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, İsrail tərəfinin yaydığı məlumata görə, 162-ci diviziyanın qüvvələri son bir neçə ay ərzində Rəfah bölgəsində dəqiq, məqsədyönlü və kəşfiyyat xarakterli əməliyyatlar həyata keçirib. "Bu günə qədər hərbçilər 2000-dən çox terrorçunu və təxminən 13 kilometr yeraltı tuneli məhv edib. Bu əməliyyatlar zamanı qoşunlar Rəfah briqadasını məhv edib", - deyə məlumatda deyilir.

Məlumata görə, Qəzza zolağı ilə Misir sərhədində Filadelfiya dəhlizinin yaxınlığında və altında yerləşən yeraltı tunellərin 80%-i dağıdılıb. Bu dəhliz Qəzza zolağına silah qaçaqmalçılığının əsas marşrutu hesab olunur.