ABŞ prezidenti Co Bayden Ukraynaya Fransa və ya Britaniya istehsalı olan dəqiq uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verə bilər.
"Unikal" xəbər verir ki, bu barədə “The Times” mənbələrə istinadən yazır.
Mətndə deyilir: “Birləşmiş Ştatlar özünün daha uzunmənzilli silahları ilə deyil, Ukraynaya Britaniya və Fransa raketlərindən istifadə etməyə icazə verə bilər".
Söhbət “Storm Shadow” və “Scalp” uzaqmənzilli raketlərdən gedir. Eyni zamanda Britaniya hərbi dairələri bildiriblər ki, London Rusiya ərazisinə dərindən zərbələr endirmək üçün müttəfiqlərinin dəstəyinə ehtiyac duymur.