Ukrayna Ali Radasının deputatı adam döyüb. 

"Unikal" Ukrayna mediasına istinadən xəbər verir ki, Peçersk rayon polis şöbəsinə bir nəfərdən döyülməsi barədə məlumat daxil olub. Zərərçəkmiş qeyd edib ki, onu Ukraynanın xalq deputatı vurub.

Deputatın adı çəkilməsə də, hadisənin Kiyevin mərkəzində baş verdiyi qeyd edilir.

Şikayətçi polis idarəsindədir, hadisə ilə bağlı protokol tərtib olunub, araşdırma aparılır.

"RBC-Ukrayna" agentliyinin mənbələrinə görə, söhbət deputat Aleksandr Kunitskidən gedir.