Bu gün Misli Premyer Liqasının VI turuna start veriləcək.

"Unikal" xəbər verir ki, turun açılış matçı Bakıda keçiriləcək.

“Araz-Naxçıvan” “Kəpəz”i sınağa çəkəcək. Oyunu əlamətdar edən məqamlardan biri Azər Bağırovun yeni komandasını ilk oyuna sabiq klubuna qarşı çıxartmasıdır.

Misli Premyer Liqası

IV tur

13 sentyabr (cümə)

19:30. "Araz-Naxçıvan" – "Kəpəz"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov

VAR: Cavid Cəlilov

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Liv Bona Dea Arena”, 19:30

Bombardirlər: Davit Volkov ("Zirə") - 3 qol, Coy Lens Mikels ("Sabah") - 3 qol, Abdullah Zubir ("Qarabağ") - 2 qol, Riçard Almeyda ("Qarabağ") - 2 qol, Xəyal Nəcəfov ("Turan Tovuz") - 2 qol, Ayman Bouali ("Səbail") - 2 qol, Suleyman, Alluş ("Səbail") - 2 qol, Namik Ələskərov ("Sabah") - 2 qol, Cesse Sekidika ("Sabah") - 2 qol.

Qeyd edək ki, turun digər görüşlərində sabah “Şamaxı” “Sumqayıt”ı, “Qarabağ” “Səbail”i qəbul edəcək. Sentyabrın 15-i “Zirə” “Neftçi” ilə “Sabah” “Turan Tovuz”la qarşılaşacaq.