Astroloqlar 13 sentyabr 2024-cü il bürclər haqqında proqnozları açıqlayıblar.
"Unikal" həmin proqnozları təqdim edir:
Qoç:
Bu gün iş həyatınızdakı məsələlər gündəminizi məşğul edə bilər. Bəzi işlərinizi irəli aparmaqda çətinlik çəkə bilərsiniz. Rəhbərlərinizlə ünsiyyətiniz əhəmiyyət kəsb edə bilər. Zövq aldığınız mövzulara diqqət edə bilərsiniz.
Buğa:
Bu gün yeni mövzularla maraqlana bilərsiniz. Müstəqillik arzunuz ola bilər. Maraqlandığınız sahələrə maliyyə sərf edəcəksiniz. Məsul olduğunuz işləri yenidən quracaqsınız. Yeni ideyalarınızı ətrafınızdakı insanlarla paylaşa bilərsiniz.
Əkizlər:
Bu gün şəxsi narahatçılığınıza səbəb olan vəziyyətlərlə qarşılaşa bilərsiniz. İş həyatınızdakı stress sizi yora bilər. Birgə işinizdə işlədiyiniz insanlarla planlar qura bilərsiniz. Emosional məsələlərdə özünüzü ifadə etməkdə çətinlik çəkəcəksiniz.
Xərçəng:
Bu gün özünüzü emosional olaraq sıxılmış hiss edə bilərsiniz. Qarşınızdakı insanları dərk etməkdə çətinlik çəkə bilərsiniz. Məsul olduğunuz işləri inkişaf etdirə bilərsiniz. Razılaşmalar ön plana çıxa bilər. Həyat yoldaşınızla bağlı məsələlərdə təzyiq hiss edə bilərsiniz.
Şir:
Bu gün iş həyatınızda hərəkətə keçmək istəyə bilərsiniz. Həmkarlarınızla söhbətlərinizdə diqqətli olmağınız lazım gələcək. Fikirlərinizi ifadə etməkdə çətinlik çəkə bilərsiniz. Məsul olduğunuz məsələlərdə başqalarına dəstək ola bilərsiniz. İşlərinizi yenidən bərpa etmək fürsəti tapacaqsınız.
Qız:
Bu gün zövq aldığınız mövzulara vaxt ayıra bilərsiniz. Yaradıcı olduğunuz mövzularda daha uğurlu ola bilərsiniz. Biznesinizi yenidən qurmaq istəyə bilərsiniz. Övladlarınızla bağlı məsələlər gündəminizdə olacaq.Gün ərzində gözlənilməz məsrəflər edə bilərsiniz.
Tərəzi:
Gün ərzində evinizlə bağlı öhdəliklər götürməli ola bilərsiniz. Ailənizlə bağlı məsələlərdə özünüzü təzyiq altında hiss edəcəksiniz. Torpaq və əmlak məsələləri ilə maraqlana bilərsiniz. Məsul olduğunuz işi tənzimləyə bilərsiniz. Emosional hərəkət etməməyə diqqət edin.
Əqrəb:
Bu gün öz ideyalarınızı yaymaq üçün daha güclü həvəs hiss edə bilərsiniz. Məsul olduğunuz məsələlərin həllində çətinlik çəkə bilərsiniz. Yaxın ətrafınızdakı dəyişikliklər gündəminizə təsir edəcək. Kommersiya məsələləri ilə məşğul olacaqsınız. Psixi problemlər sizi çox məşğul edə bilər.
Oxatan:
Bu gün zehni problemlərlə bağlı stress yaşaya bilərsiniz. Ünsiyyətdə olduğunuz insanlara özünüzü izah etmək istəyə bilərsiniz. Gün ərzində maliyyə məsələləri gündəminizdə olacaq.
Oğlaq:
Bu gün sizin üçün vacib olan məsələlərdə daha mübariz ola bilərsiniz. Duyğularınızı ifadə edərkən reaksiyalarınıza diqqət yetirməkdə fayda var. Məsul olduğunuz məsələlərlə bağlı yenidən tədbir görə bilərsiniz. Emosional problemlərin öhdəsindən gəlmək asan olmaya bilər.
Dolça:
Gün ərzində sizdən asılı olmayan səbəblərə görə qeyri-müəyyənlik yaşaya bilərsiniz. İş həyatınızdakı məsuliyyətlər sizi stresə sala bilər. İkitərəfli münasibətlərinizdə duyğularınızı ifadə etməkdə çətinlik çəkə bilərsiniz. Məsul olduğunuz məsələləri tənzimləmək və onları inkişaf etdirmək istəyəcəksiniz.
Balıqlar:
Gələcək planlarınızla bağlı başqalarının fikirlərindən də yararlanmaq istəyə bilərsiniz.Gün ərzində dostlarınızla görüşə bilərsiniz. Fərqli fikirlərə ehtiyacınız olacaq. Məsul olduğunuz məsələləri yenidən aktivləşdirmək istəyə bilərsiniz. İş həyatınızda alacağınız yardımlar sizi rahatlaşdıra bilər.
Zərifə Nağıyeva