Bakıda keçirilən “Formula 1 Qatar Aiways Azərbaycan Qran-Prisi 2024” yarışlarının ikinci sərbəst yürüşü başa çatıb.
"Unikal" xəbər verir ki, yürüşdə 10 komanda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Ferrari"nin monakolu pilotu Şarl Lekler birinci olub. “Red Bull”un sürücüsü meksikalı Serxio Peres ikinci, “Mercedes”in britaniyalı pilotu Luis Hamilton üçüncü pillədə qərarlaşıblar.
Birinci sərbəst yürüşün qalibi isə “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen olub.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
*** 13:45
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşünə start verilib.
"Unikal" xəbər verir ki, yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır.
Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik Bakı Şəhər Halqasında dövrə vuracaqlar.
Bu gün, həmçinin saat 15:00-da Formula 2-də sıralama turu, 17:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.