UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenham" (İngiltərə) - “Qarabağ” matçını izləmək istəyən qonaq komandanın azarkeşləri üçün biletin qiyməti açıqlanıb.

"Unikal" xəbər verir ki, “Tottenham Hotspur Stadium"da baş tutacaq oyunun biletinin qiyməti 80 AZN təşkil edir.

Qarşılaşmanı izləmək və Ağdam təmsilçisini dəstəkləmək istəyən tərəfdarlar üçün ayrılmış vauçerlər iTicket.az-da onlayn şəkildə satışdadır. Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "Block 503" sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişməlidir.

Qeyd edək ki, "Tottenham " - "Qarabağ" oyunu sentyabrın 26-ı saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.