Türkiyənin Milli Müdafiə Nazirliyi 7-9 sentyabr tarixləri arasında İraqın şimalında həyata keçirilən hava əməliyyatlarında 19 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, nazirlikdən verilən açıqlamada, İraqın şimalında 7, 8 və 9 sentyabr 2024-cü il tarixlərində həyata keçirilən hava əməliyyatları nəticəsində 10-u Qara, 6-sı Hakurk, 3-ü Qəndil bölgələrində olmaqla ümumilikdə 19 terrorçunun zərərsizləşdirildiyi bildirilir.