Lənkəranda 43 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Unikal"a bildirilib ki, şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı Lənkəran rayon sakini Şahin Əsgərova kəsilmiş-deşilmiş xəsarət yetirən 30 yaşlı Anar Dadaşzadə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.