Türkiyədəki müxalif İYİ Partiyada kütləvi istefalar olub.
“Unikal” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, 41 nəfər siyasətçi sözügedən partiyadan istefa verib. Onlardan ikisi – Dursun Ataş və Ümit Özlale millət vəkilidir.
Qeyd edək ki, partiyanın sədri Müsavat Dervişoğludur.