İngiltərə Premyer Liqasında dördüncü turun oyunları keçirilir.
"Unikal" xəbər verir ki, doğma meydanda "Brentford"u qəbul edən son çempion "Mançester Siti" Erlinq Holandın dublu sayəsində üç xalı qazanıb - 2:1.
Ev sahiblərinin norveçli hücumçusu tarixi nəticəyə imza atıb. O, matçda dubl etməklə Premyer Liqanın ilk dörd turunda doqquz qol vurmağı bacaran ilk futbolçu olub.
"Liverpul" ev oyununda "Nottingem Forest"lə üz-üzə gəlib. Qarşılaşma gözlənilmədən qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1.