“Miss Türkiyə 2024”ün qalibi İdil Bilgen onu təhqir və tənqid edən insanlara efir vasitəsi ilə cavab verib.

"Unikal" xəbər verir ki, o, həmin insanların fikirlərini önəmsəmədiyini bildirib:

"Mən türk qadınıyam, Türkiyəni təmsil edirəm. Bununla qürur duyuram, çox xoşbəxt və həyəcanlıyam. Ölkəmizdə bir çox qadın və uşaq cinayətləri yaşandığı vaxtda mənə yazılan mənfi şərhləri insanların boşluğuna verirəm. Onlar biliyi olmayan, fikri olan insanlardır. Bu fikirlər mənim üçün önəm daşımır".