"Formula-1" üzrə yeddiqat dünya çempionu Lyuis Hamilton Azərbaycan Qran-prisinin start cədvəlində yeddinci yeri itirib.
"Unikal" FİA-nın saytına istinadən xəbər verir ki, britaniyalı yarışa pit-leyndən başlayacaq.
Kvalifikasiyadan sonra "Mercedes" mühərriki və Lyuisin avtomobilindəki bir neçə komponenti, o cümlədən turbin və generatorları dəyişdirmək qərarına gəlib. Hamilton bir mövsüm üçün komponentlərin dəyişilməsi üzrə icazə verilən miqdarı artıq keçdiyi üçün cəza alıb.
Amma Bakıda pit-leyndən təkcə Lyuis Hamilton başlamayacaq. Esteban Okon və "Alpin" pilotu Pyer Qasli də onu müşayət edəcək. Sonuncu təsnifat mərhələsində yanacaq sərfiyyatı qaydalarını pozduğuna görə cəzalandırılıb.