Tovuzda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları məlum olub.

"Unikal" xəbər verir ki, qəza zamanı yaralananlar Gülcahan Mustafayeva,Qızxanım Mustafayeva, Ramin Mustafayev, Elvina Mustafayeva və İbrahim Əhmədovdur. 

*** 20:40

Tovuzda yol qəzası olub.

"Unikal"ın məlumatına görə hadisə rayonun Düz Cırdaxan kəndinin girişində qeydə alınıb. Hərəkətdə olan iki minik maşını toqquşub.

Qəza zamanı xəsarət alanlar var. Hadisə yerinə təcili tibbi yardım birqadaları cəlb olunub.

Tural Əhmədov