Yevlaxda qəssab özünü asaraq öldürüb.

"Unikal"ın məlumatına görə, hadisə Xaldan qəsəbəsinin Aşağı Bucaq kəndində baş verib.

1986-cı il təvəllüdlü kənd sakini Əhmədov Zaur Arzu oğlu özünü asaraq öldürüb. Əldə olunan ilkin məlumata görə, intihar edən şəxs qəssab kimi çalışırmış və atdığı addım maddi  borcları ilə bağlı olub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov