Çinin Şanxay şəhərinə çatan “Bebinka” tayfunu son 75 ilin ən güclüsü olub.

"Unikal" xəbər verir ki,  bu barədə Çin Mərkəzi Televiziyası CCTV məlumat yayıb.

Ölkənin Mərkəzi Meteorologiya İdarəsi tropik siklonla əlaqədar təhlükənin ən yüksək səviyyəsini açıqlayıb. Tayfun 1949-cu ildən bəri ən güclü qasırğa olub.