"Bu gün ölkəmizdə müzakirə olunan konseptual dilemma aşağıdakılardır. Ermənistan Respublikası nə üçündür: bir forpost, dayaq nöqtəsi, ərazisində daha böyük dövlətin olması və ya beynəlxalq səviyyədə tanınmış ərazisində öz vətəndaşlarının rifahını təmin edən mexanizm".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində yazıb.
"İnanıram ki, xalqımız öz seçimini çoxdan Real Ermənistanın xeyrinə edib. Amma biz müxtəlif dövrlərdə ona qulaq asmamış, mahiyyətcə xalqımızı tarixi dövrədə yaşamağa məcbur etmişik. Məhz bu səbəbdən xalqımızdan üzr istəməliyik və mən də üzr istəyirəm", - Baş nazir qeyd edib.
Ağarza Elçinoğlu