ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatı noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərində qalib gələnə qədər təhlükə altındadır.

"Unikal" xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. 

"Aydındır ki, prezident Tramp qalib gələnə qədər onun həyatı təhlükədədir", - deyə siyasətçi  qeyd edib. 

Sentyabrın 15-də Floridada Donald Trampın qolf klubunda atışma baş verib. O, xəsarət almayıb. FTB hadisəni Trampa sui-qəsd cəhdi kimi araşdırır. Şübhəli şəxs saxlanılıb. Amerika mediası xəbər verir ki, bu, Demokratlar və Ukraynanı dəstəkləyən Havaydan olan 58 yaşlı Rayan Uesli Routdur. Bu hadisə Pensilvaniyada Trampa sui-qəsddən iki ay sonra baş verib.

Gülayə  Mecid