Fransanın xarici işlər naziri Stefan Sejournet Ermənistanı "Rusiyanın təzyiqindən" qoruyacağına söz verib.
"Unikal" xəbər verir ki, fransalı nazir bu vədi sentyabrın 16-da səhər İrəvanda demokratik Avropa dəyərlərinin qorunması kontekstində keçirdiyi mətbuat konfransında səsləndirib.
Ermənistan və Fransanın ortaq dəyərlərini qeyd edən Sejournet, "təzyiq göstərməyə çalışan Rusiyanın təhdidlərinə və aşkar düşmənçiliyinə baxmayaraq" Ermənistan Respublikasının xalqına və hökumətinə dəstəyini ifadə edib. Onun sözlərinə görə, buna baxmayaraq, Ermənistan mərhələli şəkildə demokratiyaya doğru irəliləyir.
Gülayə Mecid