Rusiyanın Çelyabinsk şəhərində  68 saylı orta məktəbdə insident baş verib. 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, şagird çəkic, bıçaq və tapança ilə sinif yoldaşlarına və müəllimə hücum edib. 

Hadisə zamanı bir neçə nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.  Hüquq-mühafizə orqanları, şəhər meri və Uşaq Hüquqları üzrə Ombudsman hadisə yerinə gəlib.  Fakt araşdırılır. 

Gülayə Mecid