ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampa sui-qəsd Kreml üçün deyil, Amerika kəşfiyyat xidmətləri üçün “baş ağrısı” olmalıdır
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sui-qəsd cəhdi ilə bağlı məlumatı belə şərh edib.
"Burada demək çətindir. Bu, əslində bizim işimiz deyil. Biz ABŞ-dən gələn məlumatları diqqətlə izləyirik. İlk növbədə bu, ABŞ kəşfiyyat xidmətləri üçün böyük narahatlıq və başağrısı olmalıdır", - Peskov vurğulayıb.
O qeyd edib ki, ABŞ-də siyasi mübarizə güclənir.
"Müxtəlif üsullar iştirak edir. Biz bunu diqqətlə izləyirik, lakin biz buna heç vaxt qarışmamışıq və indi də qarışmırıq", - Peskov əlavə edib.
Gülayə Mecid