16 sentyabr 2024-cü il tarixdə Respublikanın hər yerində olduğu kimi Ağdam rayonunda da Bilik Günü münasibətilə silsilə tədbirlər keçirilib.
"Unikal" xəbər verir ki, rayonunun Ayaz Abbasov adına Qaradağlı kənd tam orta məktəbində baş tutan tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağdam Rayon Təhsil sektorunun müdiri Tahir Abbasov, məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən RİH başçısı Vaqif Həsənov və digər natiqlər məktəbin müəllim və şagird kollektivini yeni dərs ilinin başlaması münasibətilə təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıb.
Tədbirin sonunda müəllimlər və valideynlər təhsilə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.