Sentyabrın 19-da və 20-də Zlin şəhərində Çexiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin yekun heyəti açıqlanıb. 

"Unikal" xəbər verir ki, baş məşqçi Vitali Borisov səfərə 3-ü qapıçı olmaqla 13 futzalçı ilə yollanacaq.

Komanda sabah səhər saatlarında Bakı-Vyana reysi ilə hərəkət edəcək, Avstriyanın paytaxtından isə avtobusla Zlin şəhərinə yollanacaq.

Millinin yekun heyəti belədir:

Emin Kürdov (“Araz-Naxçıvan”)
Vladislav Reznov (“Araz-Naxçıvan”)
Kamran Hacıyev (“Baku Fire”)
Emil Həsənzadə (“Araz-Naxçıvan”)
Xəzər Ağalızadə (“Araz-Naxçıvan”)
İlham Alıyev (“Araz-Naxçıvan”)
Tofiq Mikayılov (“Baku Fire”)
Murad Quluzadə (“Baku Fire”)
Oktay Rüstəmli (“Baku Fire”)
Fərid Abbasov (“Baku Fire”)
Eldar Zeynalov (“Neftçi İK”)
Ülvi Əliyev (“Araz-Naxçıvan”)
Mirzə Əmirov (“Neftçi İK”)