Sədərəkdə müəllim və şagirdlər yeni tədris ilinin ilk günündə məktəbə velosipedlə gediblər.

"Unikal" xəbər verir ki, bu gün Sədərək kənd 1 nömrəli tam orta məktəbin kollektivi yeni tədris ilinə digər məktəblilərdən fərqli başlayıblar. Belə ki, müəllim və şagirdlər məktəbə uzaq məsafələrdən avtomobillə yox, velosipedlərlə gəliblər. Sağlam həyat tərzini hər şeydən üstün tutan kollektiv bu nümunəvi hərəkətləri ilə təbiətin dostu olmağın mesajını verməklə yanaşı “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə də özünəmxsus töhfələrini veriblər.

Qeyd edək ki, bu ənənə Dəmirçi kəndində də davam etdirilib və hər iki kənddəki məktəbin həyətində velosiped dayanacaqları quraşdırılıb.