"İnter" yarımmüdafiəçi Kristian Aslani ilə yeni uzunmüddətli müqavilə imzalayıb.

"Unikal" klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə müqavilə 30 iyun 2028-ci ilə qədərdir.
Aslani 2022-ci ilin yayında "Empoli"dən "İnter"ə keçib.

Futbolçu iki ildir çıxış etdiyi Albaniya millisinin heyətində 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edib.