İranda avtobusun qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, daha 41 nəfər yaralanıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, qəza İranın mərkəzindəki Yəzd vilayətinin Saqand və Robat yaşayış məntəqələri arasında baş verib.
Qadın və uşaqlar da daxil olmaqla bütün zərərçəkənlər Erdekan, Meybod və Yəzd şəhərlərindəki xəstəxanalara aparılıb.
*** 10:19
Gecə yerli vaxtla 02:20 radələrində İranın Yəzd vilayətində sərnişin avtobusu aşıb.
"Unikal" xəbər verir ki, bunu ölkənin yerli KİV-lərinə İranın yol polisi rəisi Həsən Momeni deyib.
Onun sözlərinə görə, Buşehr vilayətindən Rəzəvi Xorasan vilayətinə gedən sərnişin avtobusunun aşması nəticəsində 10 nəfər ölüb, 36 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Avtobusun aşmasına səbəb onun əsas yoldan çıxaraq mədən yoluna keçməsi olub.