Xəbər verdiyimiz kimi, Qubadlı rayonunun Mahruzlu kəndində tikilən evlərin yerdən hündürlüyünün az olması müzakirələrə səbəb olub. Həmin ərazidə güclü yağış və sel hadisəsi baş verəcəyi təqdirdə evlərə ciddi ziyan dəyə biləcəyi ehtimal edilir.
"Unikal" məsələ ilə bağlı Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevlə əlaqə saxlayıb. O sualı dinlədikdən sonra cavab verməkdən yayınıb.
Seymur Əli