"Real"ın hücumçusu Kilian Mbappeyə "Qızıl buts"  (Çempionlar Liqasının bombardirinə verilən mükafat) təqdim olunub.

"Unikal" xəbər verir ki, bu barədə fransalı futbolçu özünün sosial şəbəkə hesabında məlumat verib.

2023/24 mövsümündə Kilian Mbappe PSJ-nin heyətində ÇL-də 8 qol vurub. Paris təmsilçisi yarımfinal qədər yüksəlib.

Qeyd edək ki, Mbappe yayda "Real"a keçib.