Ermənistanın baş naziri Nikol Paşinyanın keçmiş müşaviri Arsen Xaratyan Gürcüstana buraxılmayıb.
"Unikal" xəbər verir ki, Xaratyan bu barədə "Facebook"da məlumat yayıb.
Onun sözlərinə görə, o, Lüksemburqdan Gürcüstana uçub və səhər saat 4-dən Tbilisi hava limanında qalmalı olub. Çünki hüquq-mühafizə orqanları onun Gürcüstana girişinə icazə verilmədiyini açıqlayıb.